Tramp ABŞ-ın ölümündə qeyri-qanuni miqrantları günahlandırır

Tramp ABŞ-ın ölümündə qeyri-qanuni miqrantları günahlandırır

...ABŞ qeyri-qanuni miqrantların ölkəni ələ keçirməsi səbəbindən ölür.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri çərşənbə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

...Ölkəmiz ölür. Ölkəmiz ələ keçirilir. Bu işğaldır. Ölkəmiz bu qeyri-qanuni insanlar tərəfindən zəbt edilib. Heç kim onların kim olduğunu və haradan gəldiklərini belə bilmir.

Qeyd edək ki, Tramp bunu Floridada jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, artıq ölkəyə 15 milyona yaxın qanunsuz miqrant gəlib.

...Bu insanların çoxu cinayətkardır... Heç vaxt Cozef Bayden kimi ölkəyə bu qədər ziyan vuran prezident olmayıb. O, indiyə qədər yaşadığımız ən pis prezidentdir. Mən 5 noyabrda keçiriləcək seçkiləri səbirsizliklə gözləyirəm.

Tramp əlavə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə