Tərəflər "Nijni Zaramaq"da logistika problemlərini müzakirə ediblər
...Çərşənbə axşamı özünü elan etmiş Cənubi Osetiya Respublikasının gömrük komitəsi rəhbərliyinin Şimali Qafqaz Gömrük Administrasiyasının və Şimali Osetiya Gömrüyünün rəhbərliyi ilə görüşündə “Nijni Zaramaq” keçid məntəqəsindən malların keçirilməsi zamanı yaranan problemli məsələlər müzakirə olunub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, görüş Cənubi Osetiya Gömrük Komitəsinin təşəbbüsü ilə baş tutub.
...Yaxın gələcəkdə mövcud problemlərin mümkün həlli yolları müzakirə edilib. Həmçinin, Cənubi Osetiya gömrük orqanlarının Rusiya Federasiyasının gömrük orqanları ilə inteqrasiyası çərçivəsində avtomatlaşdırılmış gömrük rəsmiləşdirilməsi sistemlərinin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi də müzakirə olunub.
Bunu departamentin mətbuat xidməti yayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB