Altay diyarında blogger “anti-Rusiya məzmunlu” yazıya görə saxlanılıb

Altay diyarında blogger “anti-Rusiya məzmunlu” yazıya görə saxlanılıb

Bu arada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları teleqram kanalı yaradan və idarə edən Altay diyarının Pervomayski rayonunun 48 yaşlı sakinini saxlayıblar. Kəşfiyyat xidmətinin məlumatına görə, saxlanılan şəxs onu “anti-Rusiya məzmunu” ilə doldurub.

...Xüsusən, bir sıra materiallarda Rusiya Federasiyasında qadağan olunmuş Ukraynayönlü terror təşkilatlarına resurs dəstəyinin göstərilməsi çağırışları var ki, bu da linqvistik ekspertizaların nəticələri ilə təsdiqlənir.

SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” bunu Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin hesabatına istinadən yazır.

Qeyd edək ki, saxlanılan şəxsin adı açıqlanmayıb. Onun barəsində terror fəaliyyətinə çağırışlar maddəsi ilə cinayət işi açılıb.

Bu maddəyə görə onu 7 ilə qədər həbs gözləyir. Məhkəmə bloqqerin həbsinə qərar verib.

Yeri gəlmişkən, Ukraynadakı müharibə zamanı Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin və ya Ukrayna xüsusi xidmət orqanlarının hərəkətlərini açıq şəkildə dəstəkləyən rusları terrorizmə haqq qazandırmaq maddəsi ilə təqib edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə