Almanlar ruslara isləyən alman zabiti tutublar...

Almanlar ruslara isləyən alman zabiti tutublar...

Almaniyada Bundesver zabiti Rusiyanın xeyrinə casusluqda ittiham olunub. Bu barədə çərşənbə axşamı Almaniya Federal Prokurorluğu məlumat yayıb.

...Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və İstifadəsi üzrə Federal İdarəsinin əməkdaşı Tomas H., 2023-cü ilin may ayından bəri bir neçə dəfə Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərinə öz xidmətlərini təklif edib. Almaniya Federal Prokurorluğu xarici kəşfiyyat xidmətləri üçün casusluq şübhələrinin kifayət qədər sübuta yetirildiyini hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu alman müstəntiqləri iddia edirlər.

İttihamda deyilir ki, Bundesver zabiti Rusiyanın Bonndakı konsulluğu və Berlindəki səfirliyi ilə əlaqə saxlayıb.

Deyilənlərə görə, guya o, iş yerində əldə etdiyi məlumatları rus diplomatlarına ötürüb.

Maraqlıdır ki, federal prokurorlar onun Rusiya kəşfiyyat xidmətlərinə köçürüldüyünə əmindirlər.

Bundan əlavə, Tomas H. rəsmi sirləri açıqlamaqda ittiham olunur.

Bundesver zabiti 9 avqust 2023-cü ildə saxlanılıb və o vaxtdan bəri istintaq təcridxanasındadır. Həbs zamanı onun mənzilində və iş yerində axtarışlar aparılıb. İstintaq Almaniya Hərbi Əks-kəşfiyyatı ilə birgə aparılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə