Belçika Ukrayna hərbçilərinə “F-16”-da təlim keçmək üçün Danimarkaya 50 əsgər və iki təyyarə göndərmək qərarına gəlib.
Onlar səkkiz həftə orada olacaqlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Beldefnews” xəbər verir.
Nəşr yazır ki, bu bazar ertəsi Belçikanın müdafiə naziri Ludivine Dedonder və Belçika Silahlı Qüvvələrinin müdafiə rəisi, admiral Mişel Hofmann Danimarkada təlim meydançasına baş çəkiblər.
...Nazir kimi mən fəxr edirəm ki, bizim aviasiya komponentimiz ukraynalı pilotların, dəstək və texniki personalın hazırlanması üçün bu mühüm proqramda iştirak edə bilər.
Dedonder bildirib bunu.
...“F-16” donanmasının istismarı üçün texniki hissəsi də uçan hissəsi qədər vacibdir, Buna görə də, Müdafiə Nazirliyi Belçikanın müdafiə sənayesindəki tərəfdaşları ilə təkcə Ukraynalı texniki mütəxəssisləri hazırlamaq üçün deyil, həm də hava donanmasını dəstəkləmək, lazımi texniki imkanları təmin etmək üçün əməkdaşlıq edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB