“Bizim kifayət qədər sursatımız olacaq...”

“Bizim kifayət qədər sursatımız olacaq...”

Kiyev rus qoşunlarını dəf etmək üçün mərmi çatışmazlığı ilə üzləşən əsgərləri üçün aprelə qədər kifayət qədər sursat əldə edəcəyinə ümid edir.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Lüksemburqa səfəri zamanı bildirib.

Nəşr xatırladır ki, Çexiya əvvəllər dünyanın müxtəlif tədarükçülərindən 800 minə yaxın artilleriya mərmisi alıb və əlavə olaraq almaq mümkün olan daha 700 min top tapıb. ...Ümid edirik ki, Lüksemburqun qoşulduğu bu Çexiya təşəbbüsü bizə kömək edəcək və aprel ayından cəbhəmizi saxlamaq üçün kifayət qədər sursatımız olacaq.

Şmıqal bildirib bunu.

Onun sözlərinə görə, Kiyev “Rusiyanın işğal olunmuş ərazilərdə logistikasını azaltmaq üçün” uzun və orta mənzilli raketlərin tədarükünə də ümid edir.

...Bu, bizim üçün artilleriya mərmiləri qədər prinsipial əhəmiyyət kəsb edir, - deyə Ukrayna hökumətinin başçısı əlavə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə