Ostin Rusiya Silahlı Qüvvələrinin Ukraynada irəlilədiyini açıqlayıb

Ostin Rusiya Silahlı Qüvvələrinin Ukraynada irəlilədiyini açıqlayıb

Vaşinqton Rusiya Silahlı Qüvvələrinin Ukraynada tədricən irəlilədiyini qeyd edir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

Onun sözlərinə görə, Vaşinqton “rusların döyüş meydanında bir sıra mərhələli irəliləyişlərini görür”.

Eyni zamanda, Ostin bildirib ki, Birləşmiş Ştatların təmasda olduğu Ukrayna nümayəndələri “suveren əraziləri müdafiə etməyə və cəbhə xəttini tutmağa qadir olduqlarına əmindirlər”.

Ostin həmçinin qeyd edib ki, o, Konqresin Ağ Evin Kiyevə yardımla bağlı yeni müraciətini təsdiqləyəcəyinə nikbindir.

O, Ukraynaya vəsaitin ayrılmasını “ABŞ-ın özünə investisiya” adlandırıb.

Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, Ukrayna Silahlı Qüvvələri kəskin sursatın çatışmazlığı səbəbindən geri çəkilməyə məcbur olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə