Rusiyadakı seçkilər demokratik standart və normalara uyğun keçirilib

Xarici müşahidəçilər Rusiyada keçirilən seçkilər zamanı işlərinin nəticələrini yekunlaşdırıblar
Rusiyadakı seçkilər demokratik standart və normalara uyğun keçirilib

Rusiyada prezident seçkiləri demokratik standartlara və normalara uyğun keçirilib. Bunu BMT QHT-lərin sosial-iqtisadi şöbəsində qeydiyyatdan keçmiş diplomat, Beynəlxalq Diplomatik Rəsədxananın təsisçisi Vito Qrittani deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Müstəqil İctimai Monitorinqin saytında verilib.

Qeyd olunur ki, martın 19-da Rusiya Federasiyası İctimai Palatasında beynəlxalq ekspertlər və müşahidəçilər seçkilərdə gördükləri işlərdən danışıblar.

Eyni zamanda, seçki günlərində Moskvada fəaliyyət göstərən müşahidəçilər NOM Ekspert Mərkəzinə və Rusiya Federasiyasının Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın monitorinq işçi qrupuna gəliblər.

Donetskdə seçki məntəqələrində olduğunu deyən Qrittani, orada sağlamlıq imkanları məhdud vətəndaşların səs verməsi üçün hər cür şərait yaradıldığını deyib.

…“21st Century Wire” portalının təsisçisi və baş redaktoru, jurnalist Patrik Henninqsenin isə, seçkilərdə bayram ab-havasının olduğunu, səsvermənin könüllü keçirildiyini deyib.

O, həmçinin xarici mətbuatda yeni bölgələrdə səsvermənin “silah gücü ilə” keçirilməsi ilə bağlı yayılan xəbərləri yalan adlandırıb.

…Öz növbəsində Şri-Lanka parlamentinin üzvü Madhura Vithanage insanların seçkilərə şüurlu şəkildə gəldiyini vurğulayıb. Onun fikrincə, gördüyü hər şey onu deməyə əsas verir ki, Rusiyada seçkilər sıradan bir hadisə deyil, xalq üçün bayramdır.

…Almaniyadan olan müşahidəçi, Hamburq Landtaqının üzvü Olqa Petersen Rusiyada keçirilən seçkilərdə istifadə edilən texniki və texnoloji həllərə diqqət çəkib.

…Seçki məntəqələrində yerləşən səsvermə terminalları, onlayn və hətta evdə səs vermək imkanı - bu, nəinki Almaniyada müşahidə olunmayan, hətta hələ görünməyən səviyyədir.

Qeyd edək ki, bunu alman müşahidəçi vurğulayıb.

…Kolumbiyanın Milli Seçki Şurasının üzvü Alba Lucia Velazquez Hernandezin sözlərinə görə, Rusiya seçki sistemi texnologiya sahəsində əhəmiyyətli potensiala, eləcə də seçkilərin şəffaflığının artırılmasına kömək edən rəqəmsal alətlərə malikdir.

…Rusiyanın yaratdığı seçkilərin təşkili sistemi məni təəccübləndirir. Bu, mənim və ölkəm üçün çox dəyərli təcrübədir.

Deməli, bunu da kolumbiyalı müşahidəçi bildirib.

…Xatırladaq ki, martın 15-dən 17-dək Rusiyada prezident seçkilərində səsvermə, o cümlədən distant formatda keçirilib. 2008-ci ildən bəri ilk dəfə prezident postu uğrunda dörd namizəd mübarizə aparıb: Vladislav Davankov (Yeni insanlar), Vladimir Putin (özünü irəli sürmüş namizəd kimi), Leonid Slutski (LDPR) və Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası)…

… Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, protokolların 100 faizi işləndikdən sonra Putin 87,28 faiz səs toplayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə