Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Keniyanın cənubunda baş verən dəhşətli yol qəzası nəticəsində azı 11 nəfər ölüb, 42 nəfər yaralanıb. SİA Sinxua agentliyinə istinadla xəbər verir ki, Voy əyalətinin polis komandiri Dasala İbrahimin açıqlamasına görə, Nayrobi-Mombasa şossesində baş verən qəzada Kenyatta Universitetinə məxsus avtobus və yük maşını toqquşub. Avtobusda 60-a yaxın tələbə olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Keniya Milli Nəqliyyat və Təhlükəsizlik İdarəsindən bildirilib ki, dövlət və özəl sektorun magistral yollarda təhlükəsizliyin təşviqi ilə bağlı birgə səylərinə baxmayaraq, hər il təxminən 3500 keniyalı yol qəzalarında həlak olur.

Bütün xəbərlər Facebook səhifəmizdə