ABŞ-ı kim idarə edir, Tramp deyir ki...

...ABŞ faktiki olaraq indiki dövlət başçısı Cozef Bayden tərəfindən idarə olunmur.

Beləliklə, keçmiş prezident Donald Tramp amerikalı televiziya və radio aparıcısı Sebastyan Qorki ilə söhbətində yeni təxribat xarakterli açıqlama verib. Biznesmenin sözlərinə görə, ABŞ-da real qərarların arxasında Baydenin ətrafındakı “pis,.. ağıllı” insanlar dayanır.

Maraqlıdır ki, bunu ərz edən Tramp diqqəti ABŞ-ın hazırkı prezidentinin “həmişə ortada olmayan görünüşünə” çəkib. Trampın dediyinə görə, Bayden köməkçilərinə boş nəzərlərlə baxır və... razılaşır(?).

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti Respublikaçıdan sitat gətirir.

Yeri gəlmişkən bir müddət əvvəl amerikalı konqresmen Endi Biqs “Fox Business”-ə müsahibəsində ABŞ-ın “kölgə” hökuməti haqqında danışaraq... “hamı başa düşür ki, əslində ölkəyə rəhbərlik edən Bayden deyil”-demişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə