Keyt Middleton müəmması bitdi

Əməliyyatdan sonra uzun müddət xəbər alınmayan Uels şahzadəsi Keyt Middlton 83 gün sonra ilk dəfə görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, övladları ilə paylaşdığı fotonun fotoşop olduğu üzə çıxdıqdan sonra üzr istəyən Uels şahzadəsinin aldadıldığı və ciddi depressiyaya düşdüyü iddia edilib. Hətta “Kate öldü” deyənlər də olub. Lakin Keyt Middleton müəmması dünən sona çatdı.

Britaniyanın “The Sun” qəzeti şahzadə Keyt və əri Şahzadə Uilyamla alış-veriş edərkən çəkilmiş görüntüləri dərc edib. Şahzadə Keyt alış-veriş zamanı təsadüfi geyimdə və əri Uilyamla söhbət edərkən görüntülənib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə