Aİ israillilərə sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq İordan çayının qərb sahilində məskunlaşan İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq planlar barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə