Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar. SİA xəbər verir ki, faktı rəsmi şəxslər və BMT-nin Nigeriyadakı nümayəndələri təsdiqləyiblər. Bildirilib ki, oğurlananlar iki qonşu kəndin sakinləridir. Kaduna ştatında martın əvvəlində oğurlanan iki yüzdən çox adamın taleyi hələ də naməlumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB