Türkiyədə Novruz şənliyində 75 nəfər saxlanıldı

Türkiyədə Novruz şənliyində 75 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində keçirilən Novruz şənliyində 75 nəfər saxlanılıb. SİA ölkə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında PKK lideri Abdullah Öcalanın afişasını açan 3 nəfər və terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə axtarışda olan 2 nəfər var.

70 nəfər isə sözügedən ərazidə polisə müqavimət göstərdiyi və qanunsuz şüarlar səsləndirdiyi üçün saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə