İraq neft ixracını azaldacaq

İraq aprel ayından etibarən sutkalıq xam neft ixracını 3,3 milyon barelə endirəcək. SİA xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Məqsəd yanvar və fevral aylarında kvotadan artıq həyata keçirilmiş ixracı kompensasiya etməkdir.

Nazirlik bildirir ki, digər OPEC üzvlərindən fərqli olaraq İraq ötən aylarda kvotadan artıq neft ixrac edib. İndi bunu kompensasiya etmək üçün sutkalıq hasilat 130 min barel azaldılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə