Belçika Ukraynaya 300 LMV zirehli maşını verəcək

…Belçika Ukraynaya 412 milyon avro dəyərində hərbi yardım paketi hazırlayır. Buraya 300 LMV zirehli avtomobil daxil olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Shephard Media” xəbər verir.

Qeyd olunur ki, Belçika çoxməqsədli zirehli texnika ilə yanaşı, mina trollarında da Ukraynaya kömək etməyi planlaşdırır.

...Belçika və Hollandiyanın birgə həyata keçirdiyi yeni hərbi yardım təşəbbüsü BELEUX əməkdaşlığının bir hissəsi oldu və məqsədi təbii ki, Ukraynanın hərbi potensialını artırmaqdır.

Materialda belə deyilir.

Nəşr, Belçikanın əsas, Hollandiyanın isə mina gəmilərinin Ukrayna ekipajları üçün iş yerində təlim keçəcəyini yazır.

Bundan əlavə, Belçika 2024-cü ilə qədər Ukraynaya 611 milyon avro məbləğində hərbi yardım göstərəcəyini vəd edib. Bu məbləğin təxminən yarısının əlavə artilleriya sursatları üçün ayrıldığı bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə