Ağ Ev: ABŞ Putinin Rusiya prezidenti olduğunu güman edəcək

“…Putin Rusiyanın prezidentidir və biz Ukraynadakı hər şeyin fonunda bu reallıqla üzləşməli olduq... bu prezidentdən gördüyümüz ABŞ-ın maraqlarına zidd olan digər addımlar... bu reallıqdır”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS yazır.

Xatırladaq ki, bir müddət bundan əvvəl Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putini seçkilərdə qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.

Onun sözlərinə görə, ABŞ Rusiyada keçirilən prezident seçkilərini azad və ədalətli hesab etmir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiyanın hazırkı prezidenti Vladimir Putin bülletenlərin 100 faizinin işlənməsinin nəticələrinə əsasən 87,28 faiz səs toplayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə