Almanlar fobiya, yəni dayanaqlı qorxu keçirirlər..?

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya hakimiyyətinin Putinin mövqeyini göstərmədən onun adını çəkmək qərarını şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı səlahiyyətli Telegram kanalında o, bunu ingilis yazarı Redyard Kiplinqin “Mauqli” əsərindən bir parça ilə müqayisə edərək kəskin fobiyaya, yəni dayanıqlı şəkildə qorxunun yaranmasına işarə edib.

Qeyd edək ki, Redyard Kiplinqin əsərində belə bir yer var: ...Bagera atəşi Qırmızı Çiçək adlandırdı, çünki cəngəllikdə heç bir heyvan atəşi əsl adı ilə çağırmazdı. Bütün heyvanlar oddan ölümcül qorxur və onu birbaşa çağırmamaq üçün yüzlərlə ad qoyurlar.

Maraqlıdır ki, Zaxarova Verdersşer Marktda oturanlara yaddaş itkisi və kəskin fobiyadan, yəni qorxudan müalicə almaq üşün həkimlərinə zəng etmələrini tövsiyə edir.

Yeri gəlmişkən xatırladım ki, Berlinin mərkəzində yerləşən bu binada - Verdersşer Marktda Almaniya Xarici İşlər Nazirliyi yerləşir.

Onu da xatırladaq ki, Almaniya Xarici İşlər Nazirliyi daha əvvəl bəyan etmişdi ki, onlar yalnız soyadla məhdudlaşaraq, rəsmi sənədlərdə Rusiya prezidentinin mövqeyini göstərmək niyyətində deyillər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə