Kim Çen In Rusiya ilə münasibətlərdə yeni dövr elan edib

Şimali Koreya Rusiya prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Moskva ilə münasibətlərdə yeni dövrə başlayacaq.

SİA TASS-a istindən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

Belə ki, Putinin prezident seşkilərində qlib gəlməsi münasibətilə təbrik teleqramı göndərən Kim Çen In, ölkələr arasında əlaqələrin uzun tarixi köklərə və ənənələrə malik olduğunu vurğulayıb.

KXDR rəhbərinin sözlərinə görə, seçkilər zamanı rus xalqı ölkənin birliyini möhkəmləndirmək və güclü dövlət qurmaq iradəsini nümayiş etdirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə