Putin Krım körpüsünə alternativin ortaya çıxdığını açıqlayıb

...Rostov-na-Donudan Donetsk, Mariupol və Berdyanska qədər bərpa edilmiş dəmir yolu Krım körpüsünə alternativ olacaq.

SİA xəbər verir ki, TASS agentliyi onun sözlərini Krımın Rusiyaya birləşdirilməsinin 10 illiyi şərəfinə keçirilən mitinq və konsertdə Rusiya prezidenti Vladimir Putinin çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkə Rostov vilayətindən Donbass və Novorossiyadan keçən dəmir yolunun bərpasını davam etdirəcək.

...Bu gün səhər mənə xəbər verdilər ki, Rostovdan Donetskə, Mariupol və Berdyanska gedən dəmir yolu bərpa olunub. Biz bu işi davam etdirəcəyik və tezliklə qatarlar Sevastopola gedəcək. Və bu, Krım körpüsünün əvəzinə başqa, alternativ yol olacaq.

Putin Rusiya və Krımın əl-ələ verib irəliləməyə davam edəcəyini də vurğulayıb. O, bunun sözlə deyil, əməllə sübut olunacağını və bunun ölkəni və yarımadanı daha da gücləndirəcəyinə diqqət çəkib.

Xatırladaq ki, noyabrda baş nazirin müavini Marat Xusnullin bildirmişdi ki, Rostov vilayətindən Krıma Krım körpüsü boyunca marşruta alternativ olacaq yeni dəmir yolu layihələndirmə mərhələsindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə