Ukraynaya hərbi yardım 5 milyard avro genişləndirilir...

Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün daha 5 milyard avro ayıracaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu DW xəbər verir.

Avropa İttifaqının Xarici Əlaqələr Şurası bazar ertəsi, martın 18-də müvafiq qərar qəbul edib. Avropa Sülh Fondunun maliyyə tavanı cari qiymətlərlə 5 milyard avro artırılacaq, bu vəsaitlər xüsusi yaradılmış Ukraynaya Yardım Fonduna (UAF) daxil ediləcək

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, bunu “...təşkilatın öz öhdəliklərini yerinə yetirir” kimi dəyərləndirib.

Avropa İttifaqı Şurası qeyd edib ki, Ukraynaya Yardım Fondu Brüsselə Ukrayna ordusunu öldürücü və qeyri-öldürücü silahlarla təmin etməklə yanaşı, Ukrayna hərbçilərini öyrətməklə onun artan ehtiyaclarını dəstəkləməyə imkan verəcək.

Brüssel əlavə edib ki, yeni fond Avropa və Norveç müdafiə sənayesindən birgə satınalmaların artırılmasına yönələcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə