"Onlar öz köklərini və ölkə haqqında anlayışlarını itiriblər"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Yuliya Navalnaya və digər müxalifətçilər indiki hakimiyyətə verdiyi qiymətə görə öz köklərini və ölkə haqqında anlayışlarını itiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Kreml nümayəndəsinin sözlərinə görə, hazırda xaricdə yaşayan və vətənindən ayrıldığı iddia edilən xeyli insan var. Peskov əmindir ki, müxalif siyasətçi Aleksey Navalnının dul qadını (terrorçuluq və ekstremist fəaliyyətdə iştirak edən təşkilatlar və şəxslər siyahısına daxil edilib-A.B.) “daha ​​çox o insanların düşərgəsinə aiddir ki... öz ölkələrinin nəbzini hiss etməyi dayandırır”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə