Voronej səksəkədə..?

Voronej vilayətində pilotsuz təyyarələrin hücumu təhlükəsi yaranıb deyə, hava hücumundan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu qubernator Aleksandr Qusev bildirib.

...Hava hücumundan müdafiə qüvvələri hazırdır. Pəncərəsiz otağa, əgər küçədəsinizsə, binaya, dayanacaqdasınızsa, yeraltı keçidə girməyə hazır olun!

Bundan əvvəl hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində üç Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Bunu rus saytları yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə