"Avropa İttifaqaına daxil olmaq müharibəyə deyil, sülhə doğru addımdır"

Moldova prezidenti Maia Sandu ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı ümumxalq səsverməsinə hazırlıq barədə məlumat verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısının sözlərini Teleradio Moldova yayıb.

Sanduya görə, bu ilin payızında keçirilməli olan səsvermə Moldovanın yaxın onilliklər üçün gələcəyini müəyyən edəcək.

Prezident hesab edir ki, vətəndaşlar ölkələrinin Avropa İttifaqına üzvlüyü ilə bağlı fikirlərini bildirməlidirlər, çünki bu, onların həyatına birbaşa təsir edəcək.

Respublika rəhbəri onu da qeyd edib ki, Avropaya inteqrasiya Moldovaya həyat səviyyəsini və keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa, eləcə də etnik qrupları qorumağa imkan verəcək.

Bundan əlavə, prezidentin sözlərinə görə, Avropa İttifaqaına daxil olmaq müharibəyə deyil, sülhə doğru addımdır.

Xatırladaq ki, bundan əvvəl Moldova Rusiya Federasiyasını Dnestryanıda seçki məntəqələrinin açılmasına görə qınamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə