İstanbul Hava Limanı "İlin hava limanı" mükafatına layiq görülüb

İstanbul Hava Limanı "Air Transsoprt Awards" çərçivəsində dördüncü dəfə "İlin hava limanı" mükafatına layiq görülüb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Yunanıstanın Ekali şəhərində keçirilən mərasimdə mükafat İstanbul Hava Limanı Operatoru İGA-nın CEO-su Səlahəddin Bilgenə təqdim edilib.

Beləliklə, dünyanın hər yerindən olan rəqiblərini geridə qoyaraq 2021, 2022 və 2023-cü illərdə “İlin hava limanı” seçilən İstanbul Hava Limanı ardıcıl dördüncü dəfə bu uğura imza atıb.

Mükafat mərasimindəki çıxışında S.Bilgen 4 mindən çox iştirakçının səsi ilə ardıcıl dördüncü dəfə bu mükafata layiq görülməyin qürurverici olduğunu bildirib.

"Qonaqlarımıza xoş səyahət təcrübəsi təqdim etmək üçün səmərəlilik, davamlılıq, innovasiya və sərnişin məmnunluğu baxımından özümüz üçün daha yüksək standartlar müəyyən edirik. Bu mükafat həm də qabaqcıl olaraq həyata keçirdiyimiz təcrübələrdə səmimi qətiyyətimizin göstəricisidir. Bu dəyərli mükafata görə "Air Transport Awards" komandasına təşəkkür edirik.", -deyə S.Bilgen qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə