Almaniya XİN sənədlərdə Putinin mövqeyini göstərməkdən imtina edib

Almaniya Xarici İşlər Nazirliyi sənədlərində və rəsmi açıqlamalarında Rusiya prezidenti Vladimir Putinin mövqeyini göstərmədən yalnız onun adından istifadə etmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sebastyan Fişer ölkə hökumətinin brifinqində deyib.

Rusiya prezidentinin Almaniya Xarici İşlər Nazirliyinin rəsmi sənədlərində necə təyin ediləcəyi ilə bağlı medianın sualını cavablandıran Fişer, “...biz bunu keçmişdə Putin kimi etmişik” deyib.

Qeyd edək ki, onun sözlərini RİA Novosti yayıb.

Eyni zamanda, Fişer deyib ki, guya o, Almaniya Xarici İşlər Nazirliyinin son vaxtlar Putinin adından əvvəl hər hansı işarə qoyduğunu xatırlamır. Bununla belə, RİA Novosti redaktorları qeyd edirlər ki, XİN medianın sorğusuna son cavabında (fevralın sonunda) Rusiya liderini “Prezident Putin” kimi göstərib.

Qeyd edək ki, bu bəyanat Rusiya Federasiyasında keçirilən seçkilərdən sonra verilib. Onu da qeyd edək ki, bülletenlərin 100 faizinin işlənməsinin nəticələrinə əsasən, Putinin nəticəsi səslərin 87,28 faizini təşkil edib.

Artıq bir sıra dünya liderləri onu qələbə münasibətilə təbrik ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə