Müharibə sarkacı Rusiyaya doğru geri dönüb..?

...Britaniyalı müdafiə eksperti Maykl Klark hesab edir ki, 2025-ci ildə hərbi-sənaye kompleksinin inkişafı sayəsində Ukrayna döyüş meydanında Rusiyanı “üstələyə”, ruslar isə yeni genişmiqyaslı hücuma keçə bilməyəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, “Azadlıq” radiosuna verdiyi müsahibəsində Klark, Ukraynanın müharibədə onu məğlub edənə qədər Rusiya Federasiyasının Avropada “aqressiv oyunçu” olaraq qalacağını deyib.

Klarkın sözlərinə görə, Putin indi özünü qalib hesab edir.

...O hesab edir ki, Qəzza zolağında müharibə və Qərbdən, xüsusən də ABŞ-dan Ukraynaya praktiki dəstəyin zəifləməsi ona üstünlük verir və o, hər şeyə can atır. Ona görə də ruslar hesab edirlər ki, bu ilin sonuna kimi onlar daha çox ərazi, bəlkə də bütün Donbas əldə edə biləcəklər.

Klark əmindir ki, bu il döyüş meydanında hadisələr Ukraynanın xeyrinə inkişaf edə bilər, Baxmayaraq ki, bu, uzun müharibə olacaq.

İngilis rəsmisinə görə, bu, sənaye dövrü müharibəsidir.

...Xeyr, sonsuz olmayacaq, amma bir neçə il davam edəcək. Və sarkaç müasir dövrün müharibəsi zamanı irəli-geri yellənir. Ancaq bu anda sarkaç Rusiyaya doğru geri döndü. Əgər sarkaç Rusiya üçün əlverişli olmaqda davam edərsə, Ukraynanın, əslində, məğlub olması tamamilə mümkündür. Lakin o, bu il sağ qalsa, 2025-2026-cı illərdə Ukraynaya doğru yelləyə bilər.

Bunu da təbii ki, Klark bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə