MSK protokolların 50 faizini işləyib...

MSK protokolların 50 faizini işləyib...

Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində protokolların 50,02 faizinin işlənməsinin nəticələrinə görə 87,34 faiz səs toplayaraq liderdir.

SİA xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumat lövhəsində dərc edilən məlumatda belə deyilir.

İkinci yerdə 4,11 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,01 faiz səs toplayan “Yeni Xalq” partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,11 faiz səslə LDPR-nin namizədi Leonid Slutski qərarlaşıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə