Rusiyalı döyüşçülər kreditlər üzrə faizlərdən azad olacaqlar

Rusiyalı döyüşçülər kreditlər üzrə faizlərdən azad olacaqlar

Ukraynada xüsusi əməliyyatın iştirakçıları kredit faizindən azad olunacaqlar. Bu barədə göstərişi ölkə prezidenti Vladimir Putin verib, sənəd Kremlin saytında dərc olunub.

Belə ki, Nazirlər Kabineti aprelin 15-dək qanuna dəyişiklik etməlidir ki, bu da xüsusi əməliyyat iştirakçıları üçün güzəşt müddətində kreditlər üzrə faizlərin hesablanmasını istisna edir.

Sənəddən belə çıxır ki, tədbir “Rusiya Federasiyası Silahlı Qüvvələrinə səfərbər edildikdə hərbi xidmətə çağırılan şəxslərə, xüsusi hərbi əməliyyatda iştirak edən şəxslərə, habelə onların ailə üzvlərinə” şamil ediləcək.

SİA-nın əldə etdiyi məlumata görə, hökumət başçısı Mixail Mişustin bu məsələyə məsul təyin edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə