Qadın seşki məntəqəsində fişəng yandırıb və...

Qadın seşki məntəqəsində fişəng yandırıb və...

Perm şəhərində Soldatov adına Perm şəhər Mədəniyyət Sarayındakı seçki məntəqəsində qadın tualetdə fişəng yandırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza öz Telegram kanalında yazıb.

...64 yaşlı qadın Komsomolski prospektində yerləşən Soldatov adına Mədəniyyət evinə böyük fişəng aparıb və onu tualetdə partladıb.

Məlumatda qeyd olunur.

İlkin məlum olub ki, qadının qolu fişəngin partlaması nəticəsində qopub.

Həmən an səsvermənin keçirildiyi binadan 50 nəfər təxliyə edilib.

Martın 15-də isə Moskvada bir qadın Maryino rayonundakı seçki məntəqəsində səsvermə kabinəsini yandırıb.

Qeyd edək ki, martın 17-də səhər saatlarında Krasnodarda 13 yaşlı məktəblinin seçki məntəqəsində süfrəni yandırması barədə məlumat yayılmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə