Rusiyanın Moldovadakı səfirliyinə hücum olub...

Rusiyanın Moldovadakı səfirliyinə hücum olub...

Naməlum şəxs Kişinyovdakı Rusiya səfirliyin həyətinə iki ədəd “Molotov kokteyli” atıb.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb.

Narazılıq yaradan şəxsin saxlanıldığı qeyd edilir. Onunla polis məşğul olur. Artıa onun şəxsiyyəti də müəyyən edilib. Kişinin 54 yaşı var, Moldova vətəndaşıdır, lakin Rusiya vətəndaşlığına sahib olduğunu iddia edir. Başqa məlumat yoxdur.

Motivlər və digər təfərrüatlar müəyyənləşdirilir. Bu arada, Rusiya diplomatik xidməti artıq “Rusiyanın Kişinyovdakı səfirliyinin konsulluq bölməsini yandırmaq cəhdini” pisləyib.

Onlar bildiriblər ki, “alov atan” üçün ədalətli və ağır cəza gözləyirlər, yazı səfirliyin Teleqramında yerləşdirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə