Moskvanın Domodedovo hava limanı hücumundan sonra yanıb

Moskvanın Domodedovo hava limanı hücumundan sonra yanıb

...Bu gecə pilotsuz təyyarələr Moskvaya və Rusiyanın digər beş bölgəsinə kütləvi şəkildə hücum edib.

Rusiya paytaxtının meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Domodedovoda iki, həmçinin Ramenski və Stupinski şəhər rayonlarında hər birində bir PUA-nı “vurub”.

...Rusiya Müdafiə Nazirliyinin Domodedovo şəhər rayonundakı Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. İlkin məlumatlara görə, dağıntıların düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Hazırda hadisə yerində təcili xidmətlər işləyir.

Sobyanin bildirib bunu.

...Lakin sonradan SİA-nın əldə etdiyi məlumata görə,

Moskvanın Domodedovo hava limanında pilotsuz təyyarənin hücumundan sonra yanğının baş verdiyi barədə xəbərlər yayılıb.

ASTRA hadisə şahidlərinə istinadən xəbər verir ki, ilkin məlumata görə, pilotsuz təyyarələr Moskvanın Domodedovo hava limanını vurub.

Yerli sakinlər bildirirlər ki, dronlar VseInstruments.ru anbarına düşüb. Domodedovo hava limanına hücumun videosu da internetdə yayımlanır.

ASTRA xəbər verir ki, nəticədə yanğın başlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə