Hərbçilər Rusiyanın sərhədyanı rayonlarına hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin 550 diversantını məhv edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə isə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov danışıb.
O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin son vaxtlar ukraynalı yaraqlıların Belqorod və Kursk vilayətlərinə hücum cəhdləri barədə mütəmadi olaraq məlumat alır.
…Bütün hücumlar dəf edilib. 2,5 min diversantdan 1,7 mini vurulub, düşməndən 550 nəfər geri qaytarıla bilməyən itkilər olub.
Bunu Peskov bildirib.
O xatırladıb ki, martın 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Belqorod və Kursk vilayətlərində Rusiya sərhədini keçməyə cəhd edib, lakin Rusiya ordusu tərəfindən onların qarşısı alınıb.
…Putin artıq Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı rayonlara son hücumlarını şərh edib. Prezidentin sözlərinə görə, bu hərəkətlər Ukraynanın döyüş meydanında uduzması və diqqəti bundan yayındırmaq, habelə Rusiyadakı seçkilərə müdaxilə etmək istəməsi ilə bağlıdır.
Bunu da Peskov bildirib.
Hə, indi bunların hansına inanasan?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB