...Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya könüllü batalyonlarının döyüşçüləri Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd rayonlarında əməliyyatlarını davam etdirməyi planlaşdırırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə telemarafon zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov danışıb.
...Bildiyimizə görə, onlar yaxın gələcəkdə işlərini başa çatdırmaq fikrində deyillər və əllərindən gələni edəcəklərini deyirlər. Və son zamanlar gördüyümüz kimi, ən azı məhdud uğur əldə etmək üçün kifayət qədər gücə malikdirlər.
Budanov bildirib bunu.
Ukraynalı kəşfiyyatçının sözlərinə görə, rus könüllülərinin Rusiya Federasiyası ərazisinə basqın etməsi məişət məsələsidir(?).
Yeri gəlmişkən, Budunova görə, könüllüləri artıq qrup adlandırmaq düzgün olmaz, bu, əslində artıq gücə çevrilir... ...Düşünürəm ki, onlara qoşulanların sayı yaxınlarda daha da artacaq. Təbii ki, bunu deyərkən mən, Rusiya Federasiyasının həm öz ölkəsinin daxilində olan müxtəlif müxalifət hərəkatları, həm də müvəqqəti xaricdə olan, lakin qayıtmaq istəyənləri nəzərdə tuturam.
Bunu da Baş Kəşfiyyat İdarəsinin rəhbəri deyir.
Qeyd edək ki, bu günlərdə xeyli sayda rus hərbçisini əsir götürən Rusiya Könüllülər Korpusu (RDK) Belqorod vilayətinin qubernatorunu “görüşə” dəvət ediblər.
Onu da qeyd edək ki, Rusiyanın Belqorod və Kursk vilayətlərində məhdud hərbi əməliyyat rusiyalı könüllülər tərəfindən hələ də davam edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB