Rusiya nömrə nişanlı avtomobillər artıq Finlandiyada qala bilməz

Rusiya nömrə nişanlı avtomobillər artıq Finlandiyada qala bilməz

Bu gündən etibarən Rusiya qeydiyyatı olan avtomobillər Finlandiyada yerləşdirilə bilməz.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Finlandiya gömrüyü yayıb.

Latviya və Litva kimi ölkələrdən fərqli olaraq Finlandiyada belə avtomobillər müsadirə edilməyəcək. Onlar aşkar edilərsə, gömrük orqanları tərəfindən saxlanılacaq və avtomobilin sahibi gömrük rüsumu eləcə də müvafiq vergini ödəməlidir.

Bundan sonra avtomobil Avropa İttifaqından kənara aparılmalıdır. Amma istisnalar da var.

Belə ki, ölkədə təhsil alan tələbələrə və müqavilə ilə Finlandiyada işləyən ruslara məxsus Rusiya nömrəli avtomobillər Finlandiyada qala bilər.

Həmçinin, qadağa Rusiyada daimi yaşamaq icazəsi olan Avropa İttifaqı vətəndaşlarına və ya onların ailə üzvlərinə məxsus avtomobillərə şamil edilmir.

Xatırladaq ki, Rusiya dövlət nömrə nişanlı avtomobillərin Finlandiyaya girişi ötən il sentyabrın 15-də Avropa Komissiyasının sanksiyalar rejiminin tətbiqi ilə bağlı dəqiqləşdirmələrindən sonra bağlanıb.

Belə ki, ölkədə olan Rusiya nömrəli avtomobilləri ölkədən çıxarmaq üçün onlara 6 ay vaxt verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə