Rusiyada prezident seçkilərinin ilk nəticələri sabah açıqlanacaq...
Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev bildirib ki, Rusiya prezident seçkilərinin ilk nəticələri bazar günü, martın 17-də, Moskva vaxtı ilə saat 21:00-dan sonra gözlənilir.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS yayımlayıb.
...İlk nəticələr 21:00-dan sonradır. Bu, qanunla belədir.
Bulayev deyib bunu.
O, Rusiyanın bütün seçki məntəqələrində iş dayandırıldıqdan sonra nəticələrin açıqlanmasının mümkün olacağını bəyan edib.
Bulayev Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığının 51,77 faiz təşkil etdiyini də diqqətə çatdırıb. O, dəqiqləşdirib ki, məlumatlarda məsafədən səs verənlər də nəzərə alınıb.
Bir daha xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Onlar martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB