Rus qadın Estoniyadan niyə qovulub?

...sovet əsgərlərinin məzarlarına qulluq etdiyi və...
Rus qadın Estoniyadan niyə qovulub?

...Estoniya hakimiyyəti rusiyalı qadını sovet əsgərlərinin məzarlarına qulluq etdiyinə görə ölkədən deportasiya edib. Demə, bundan əlavə, o, Donbass əhalisi üçün humanitar yardım toplayıb və “Ölməz alay” kampaniyasını təşkil edibmiş.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova danışıb.

...2014-cü ildən o, Estoniyada yaşayarkən Donbass əhalisi üçün humanitar yardım toplayır, sovet əsgərlərinin məzarlarına qulluq edir və “Ölməz alay” kampaniyasını təşkil edir. Və o, bu vətəndaşlıq cəsarətinə görə deportasiya edilib.

Bunu Telegram kanalında yazan Moskalkova əlavə edib ki, rusiyalı qadın Leninqrad vilayətinin İvanqorod şəhərində Estoniya ilə həmsərhəd olan seçki məntəqəsində ona yaxınlaşıb.

Hazırda qadının yaşayış yeri yoxdur. Moskalkovanın sözlərinə görə, vətəndaşın siyasi səbəblərə görə deportasiyası mürəkkəb problemdir.

Rusiya qanunvericiliyi belə insanlara yardımı tənzimləmir. Ombudsman açıq şəkildə ayrı-seçkiliyə məruz qalmış insanların hüquqlarının müdafiəsi üçün əlindən gələni edəcəyinə söz verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə