10 saat buz vedrəsində oturduqdan sonra ayağını kəsdilər

10 saat buz vedrəsində oturduqdan sonra ayağını kəsdilər

Tayvanda tələbə sığorta şirkətindən pul almaq üçün 10 saat quru buz vedrəsində oturub və ayaqlarını itirib. Bu barədə Daily Mail məlumat yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı kişi ayaqlarında şiddətli donma diaqnozu ilə xəstəxanaya müraciət edib. Zərərçəkən skuterdən yıxılaraq xəsarət aldığını və hərəkətsiz yatarkən çox soyuq olduğunu bildirib.

Lakin Tayvan Cinayət Axtarış Bürosu tələbənin özünə xəsarət yetirdiyini müəyyən edib. 1,2 milyon dollar sığorta ödənişi almaq üçün gənc oğlan ayaqlarını quru buz vedrəsinə salıb və 10 saat orada oturub. Həkimlər onun ayaqlarını amputasiya etməli olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə