İqlim böhranı ümumi narahatlıqdır

İqlim böhranı ümumi narahatlıqdır

Qlobal iqlim dəyişikliyinin təsirləri bütün ölkələrə təsir etsə də, ekstremal hava hadisələri qorxuları günü-gündən artırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə aparılan ən əhatəli iqlim dəyişikliyi araşdırması cəmiyyətin yüzdə 92-nin iqlim dəyişikliyinin təsirlərindən çox narahat olduğunu ortaya çıxarıb.

Araşdırmanın nəticələrini dəyərləndirən iqlim araşdırmaçısı Dr. Barış Doğru iqlim dəyişikliyinin reallığına heç bir şübhə olmadığını bildirib: “Demək olar ki, bunun insan fəaliyyəti ilə bağlı olduğuna əminik və biz bu vəziyyətdən çox narahatıq. Hətta bu istiqamətdəki göstəricilər istənilən Qərb ölkəsindən də yüksəkdir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə