Yəməndə minlərlə insan Qəzzaya dəstək üçün mitinq etdi - FOTOLAR

Yəməndə minlərlə insan Qəzzaya dəstək üçün mitinq etdi - FOTOLAR

Yəməndə paytaxt Səna daxil olmaqla bir çox şəhərdə minlərlə insan Qəzzadakı fələstinlilərə dəstək üçün küçələrə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səna şəhərində minlərlə insan "Yəməndə Ramazan...tufan Qəzzada zəfər qazanır" şüarları ilə təşkil olunan nümayişə qatılıb. Fələstin və Yəmən bayraqları daşıyan insanlar İsrailin Qəzzada törətdiyi soyqırımı qınayan şüarlar səsləndiriblər.

Qeyd edilib ki, Fələstin xalqına dəstək üçün milyonluq nümayişə hər yerdə davam edəcəklər.

Açıqlamada ABŞ və İsrail mallarının, onları dəstəkləyən şirkətlərin boykot edilməsi çağırışı edilib.

Husilərə aid Əl-Məsirə televiziyasının xəbərinə görə, bir çox yerdə oxşar nümayişlər təşkil olunub.

İsrailin Qəzzaya hücumlarını başladığı 7 oktyabrdan etibarən təxminən hər həftə Yəmənin fərqli şəhərlərində Fələstinə dəstək nümayişləri göstərilir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə