Almaniyada katolik kilsəsinin kilsələrdə cinsi zorakılığa məruz qalanlara əziyyətlərinə görə kompensasiya olaraq ödədiyi təzminatın məbləğinin 57 milyon avroya çatdığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bonnda Müstəqil Kompensasiya Komissiyasının açıqladığı 2023-cü il hesabatına görə, təkcə keçən il qurbanlara 16 milyon avrodan çox pul ödənilib. Müstəqil Təzminat Komissiyasının sədri Marqarete Reske, 2023-cü ilin iyun ayında Köln Rayon Məhkəməsinin cinsi zorakılıq qurbanına 300 min avro təzminat ödəməyə qərar verdiyini və Köln Baş Yeparxiyasının bu təzminatı ödəməli olduğunu bildirib.
Sədr 2021-ci ildə verilən qərarlarda ödəniləcək təzminat məbləğinin 22 min avro ilə 25 min avro arasında olduğu halda, 2023-cü ildən etibarən təzminat məbləğlərinin adambaşına 50 min avronun üzərində artdığını bildirib. Komissiya qeyd edib ki, hələ də baxılmayan sənədlər var və 2021-ci il yanvarın 1-dən qurbanlara ödənilən təzminatın ümumi məbləği 57 milyon avroya çatıb.
Qeyd edək ki, ötən illərdə Almaniyadakı katolik kilsələrində çoxlu sayda insanın, əsasən də uşaqların cinsi istismara məruz qaldığı üzə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB