Almaniya kansleri Olaf Şolts martın 17-də İsrailə səfər edəcək. SİA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, bu, 7 oktyabr hadisələrindən sonra kanslerin İsrailə ikinci səfəridir.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB