Zelenski və Budanov Rusiyanın ən həssas yerlərini müəyyən ediblər

Ötən gün Ukrayna prezidenti mühüm hərbi görüşlər keçirib...
Zelenski və Budanov Rusiyanın ən həssas yerlərini müəyyən ediblər

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski hərbi görüşlər keçirib. Bu görüşlərdə Rusiyanın ən həssas nöqtələri və Ukrayna tərəfinin gələcək hərəkətləri müəyyən edilib.

SİA-nın əldə etdiyi məlumata görə, görüşdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, eləcə də Ukraynanın hərbi rəhbərliyi arasında tanınmış digər şəxslər iştirak ediblər.

...Bu gün mühüm hərbi görüşlər oldu. Əvvəlcə Ali Baş Komandan Aleksandr Sırskinin məruzəsini eşitdim. O, səhər Avdeevka istiqamətindən qayıdıb və cəbhənin digər əsas sektorlarında vəziyyət haqqında danışıb.

Qeyd edək ki, Zelenski bunu teleqram kanalında qeyd edib. Onun sözlərinə görə, əlavə tədbirlər barədə razılıq əldə olunub.

Zelenski qeyd edib ki, Rusiya dövləti nə qədər çox uduzsa və onun təcavüzünün qiyməti nə qədər çox olsa, bu müharibənin ədalətli sonu bir o qədər yaxın olacaq.

...Bundan əlavə, bu və digər gələcək əməliyyatların aparılması üçün Nazirlər Kabinetinin, müdafiə sənayesi və yüksək texnologiyalı pilotsuz təyyarələrin istehsalı üzrə digər idarələrin nümayəndələri ilə görüş keçirilib.

Bu gün Ukraynanın belə silahları var, lakin onlar daha uzun mənzilli, daha geniş yayılmış və daha güclü olmalıdır. Bununla bağlı artıq müvafiq tapşırıqları və müddətləri müəyyən etmişik.

Zelenski, Rusiyanın heç bir terror hücumunun cavabsız qoymayacaqlarını deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə