...Ukrayna tərəfində döyüşən və Rusiya sərhədini pozan rusiyalı könüllülər martın 16-da Belqorod və Kursk vilayətlərində Putinin qoşunlarına qarşı kütləvi hücumu davam etdirəcəklərinə söz veriblər.
...Kursk və Belqorod vilayətləri ərazisində məhdud hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar olaraq biz bir daha Belqorod və Kursk vilayətlərinin sakinlərini təcili təxliyə etməyə çağırırıq. Özünüzü və övladlarınızın həyatını xilas edin! Biz bunu görürük. Putinin qoşunları dinc əhalinin arasında gizlənir, ona görə də bizim vəzifəmiz yerli əhalinin maksimum təhlükəsizliyini təmin etməkdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu, “Rusiya Azadlığı” legionunun yeni bəyanatında deyilir.
Qeyd edək ki, könüllülər tərəfindən martın 15-i saat 21:00-dan 16-sı səhər saat 07:00-dək yerli əhali üçün təkrar humanitar dəhliz təşkil ediləcəyini bildirilib.
...Biz mülki əhalini fürsətdən istifadə edərək Rusiya Federasiyasının göstərilən bölgələrini sərbəst tərk etməyə çağırırıq. Bundan sonra biz Belqorod və Kursk vilayətlərində Putinin qoşunlarına kütləvi hücumu davam etdirəcəyik.
Bunu da legion xəbərdarlıq kimi səsləndirib.
Xatırladaq ki, “Rusiya Azadlığı” legionunun könüllüləri qarşıdakı günlər üçün əsas məqsəddən danışıblar. Onların dediyinə görə, Rusiya Federasiyasının ən azı bir neçə regionunda seçkiləri olmayacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB