Bayden ictimai çıxışında yenidən Putini təhqir edib

Bayden ictimai çıxışında yenidən Putini təhqir edib

ABŞ prezidenti Cozef Bayden yenidən Rusiya lideri Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib.

...Düşünürəm ki, ABŞ Konqresinin üzvlərinin böyük əksəriyyəti Ukraynaya dəstək məsələsində öz üzərinə düşəni etməyə hazırdır. Və mən bu salonda olan hər kəsi Vladimir Putinə qarşı durmağa çağırıram. O, quldurdur.

SİA-nın əldə etdiyi məlumata görə, Bayden Müqəddəs Patrik Gününə həsr olunmuş ictimai çıxışı zamanı deyib bunu.

Bundan əvvəl İrlandiyanın baş naziri Leo Varadkarla görüşdə ABŞ prezidenti yenidən amerikalı qanunvericiləri Kiyevə 60 milyard dollardan çox maliyyə yardımı ayrılmasını nəzərdə tutan ikipartiyalı qanun layihəsini tez bir zamanda təsdiqləməyə çağırıb.

Fevralın 21-də Kaliforniyada seçki kampaniyası zamanı çıxış edən Bayden iddia etdi ki, Vaşinqton nüvə münaqişəsi təhlükəsindən daim narahat olmalıdır, çünki “bu Putin kimi çılğın orospu övladları var”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə