Ruslar Latviyanı tərk etməyə başlayıblar...

Ruslar Latviyanı tərk etməyə başlayıblar...

Yeni immiqrasiya qanununa görə ilk ruslar Latviyanı tərk etməyə başlayıblar.

SİA “İnterfaks”-a istinadən xəbər verir ki, ölkəni tərk etmək əmri alan ilk iki Rusiya vətəndaşı Latviyanı tərk edib.

Latviyanın daxili işlər naziri bildirib ki, bu günə kimi immiqrasiya qanunvericiliyinə edilən dəyişikliklərin tələblərinə əməl etməyən və Latviyada yaşamaq üçün icazə (yaşayış icazəsi) üçün müraciət etməyən Rusiya Federasiyası vətəndaşlarına ölkədən çıxmaqla bağlı doqquz belə əmr verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə