Türkiyənin siyasi qərarvericiləri son vaxtlar tez-tez İraqa səfər edərək, həmkarları ilə görüşərkən, dövlət başçısı Ərdoğan mühüm bir açıqlama verərək, Türkiyənin İraqda davam edən hərbi əməliyyatlarını genişləndirəcəyini və yaz-yay aylarında sərhəd xətlərini tam şəkildə təhlükəsizliklə təmin edəcəyini açıqladı. Bütün bu hadisələr və bölgədəki hərbi fəallıq Türkiyənin İraqda yeni hərbi əməliyyatlara başlayacağının işarəsidir.
Türkiyə uzun illərdir ki, PKK terror təşkilatına qarşı mübarizə aparmaq üçün İraqın şimalında hərbi əməliyyatlar həyata keçirir, lakin xüsusilə 2016-cı ildən sonra Türkiyə hərbi əməliyyat tərzini dəyişərək bölgədə daimi baza qurmağa başlayıb. "Qətiyyətli Əməliyyatlar" adlandırdığı proseslə Hakurkdan Zapa qədər uzanan dağ silsilələrində əraziyə nəzarət yaratmaq üçün əməliyyatlar həyata keçirir. "Pəncə-Kapan" və "Pəncə-Kilid" əməliyyatları ilə varlığını gücləndirərkən, strateji nöqtələrdə müxtəlif hərbi bazalar qurdu.
Türkiyənin burada əsas məqsədi PKK terror təşkilatının yerləşdiyi, təlim fəaliyyətləri həyata keçirdiyi və əmr-nəzarət üçün istifadə etdiyi əraziləri aradan qaldırmaq, təşkilatın fəallıq qabiliyyətini məhdudlaşdırmaq və komanda-nəzarət strukturunu çökdürmək idi, yenə sərhəd xəttlərində təhlükəsiz ərazi yaratmaqla Türkiyəyə hücumların qarşısını almaq istəyirdi. Bu müddət ərzində Türkiyənin geniş miqyasda uğur qazandığını görsək də, əməliyyat sahələrinin genişləndirilməsinə, Zapın qalan bölgələri, Qara və Hakurk bölgələrinin tamamilə təmizlənməsinə ehtiyac var. Terror təşkilatı bu bölgələrdə hələ də mövcuddur və xüsusilə sığındığı mağaralardan çıxaraq terror aktları törədə bilir. Türkiye sərhəddə tam təhlükəsizlik yaratmaq üçün əməliyyat sahələrini genişləndirməlidir. Eyni şəkildə terror təşkilatının İraqın daxilində Sincar, Mahmur, Qəndil və Assos kimi bölgələrdə varlığını davam etdirdiyini görürük.
Türkiyə bu yaxınlarda diplomatik sahədə addımlar ataraq, iraqlı həmsöhbətlərini ciddi mənada diqqətdə saxlayıb. Burada rəsmi Ankara ilə Bağdad arasında PKK ilə mübarizə mövzusunda ortaq yanaşma və koordinasiya yaradılması istənilir. Görünən odur ki, son vaxtlar bununla bağlı müəyyən müsbət irəliləyişlər var. Türkiyə və İraq hərbi nümayəndə heyətləri tez-tez görüşür və müvafiq koordinasiya və mübarizə ilə bağlı müzakirələr aparır. Bu kontekstdə Türkiyə yaz və yay aylarında böyük yeni hərbi əməliyyatlara başladığı zaman İraq ordusu da müxtəlif addımlar ata bilər. Başda KDP olmaqla İraq Kürd Regional Rəhbərliyi ilə də koordinasiya var. KDP-nin Türkiyəyə logistika və kəşfiyyat dəstəyi var, Türkiyə bu dəstəyin miqyasını artıraraq hərbi əməliyyatlar sahəsində də Peşmərgənin Türkiyə Silahlı Qüvvələri ilə birgə hərəkət etməsini arzulayır. Nəticədə PKK terror təşkilatı həm rəsmi Ankara, həm də Bağdad və Ərbil üçün təhlükə mənbəyidir. Türkiyə ilə birlikdə hərəkət etmək də bu ölkənin və muxtar rəhbərliyin maraqlarına uyğun olacaq. Əks halda Türkiyə onsuz da de-fakto terrorla qətiyyətlə mübarizə apararkən, İraqda öz milli təhlükəsizliyi naminə özünümüdafiə hüquqlarından istifadə edərək lazımi quru əməliyyatlarını davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB