Ermənistan XİN yeni açıqlama verib...

Ermənistan XİN yeni açıqlama verib...

Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa dair iyulda imzalanması planlaşdırılan yeni sənəd hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, “European Pravda” xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

O bildirib ki, hazırda ötən ilin noyabrında baş tutan faktaraşdırıcı missiyanın nəticəsi olaraq ortaya çıxan yeni əməkdaşlıq istiqamətləri və yeni proqramlar hazırlanır.

Həmçinin, nazir müavininin sözlərinə görə, Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi həyata keçirilir.

...İndi bu iki proses və siyasi yaxınlaşmamızın ifadəsi ilə birlikdə yeni sənəd hazırlanır. Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasında və digər iş səviyyələrində onunla bağlı bəzi məsələlər müzakirə olunub. Biz may ayında yeni layihə alacağımızı gözləyirik, o, yəqin ki, iyula qədər qəbul olunacaq.

Bunu Hovhannisyan bildirib.

Xatırladaq ki, Avropa Parlamenti Ermənistana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul edib.

Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, bu qətnamə Ermənistanda müzakirə mövzusu olmalıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə