Çanaqqalada miqrantları daşıyan qayıq batıb, 22 nəfər ölüb

Çanaqqalada miqrantları daşıyan qayıq batıb, 22 nəfər ölüb

Çanaqqala vilayətinin Eceabat sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 22 nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çanaqqala valisi İlham Aktaş bildirib.

Məlumata görə, bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.

2 nəfər öz imkanları ilə, 2 nəfər isə Sahil Mühafizəsi qrupları tərəfindən xilas edilib.

Çanaqqala valisi İlhami Aktaş "Ölənlərdən 7-i uşaq və körpədir" deyib.

Axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə