Tokayev Qazaxıstanın gerbinin dəyişdirilməsini təklif edib

Tokayev Qazaxıstanın gerbinin dəyişdirilməsini təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət gerbinin dəyişdirilməsinin mümkünlüyünü etiraf edərək, indiki gerbin eklektizm və sovet dövrünün əlamətlərini ehtiva etdiyini qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

O, vurğulayıb ki, dövlət gerbi ilə bağlı mütəxəssislərin və maraqlanan vətəndaşların, o cümlədən gənclərin Qazaxıstan gerbinin dərk edilməsinin çox çətin olması ilə bağlı arqumentlərini nəzərə almaq lazımdır.

Qazaxıstan prezidentinin sözlərinə görə, gerbin dəyişdirilməsinə ictimai razılıq olarsa, bütün aspektləri nəzərdən keçirəcək və ictimai müzakirə aparacaq xüsusi komissiya toplana bilər.

Bundan sonra Tokayev respublikanın yeni dövlət gerbinin ən yaxşı eskizi üçün müsabiqə elan etməyi təklif edib.

Bundan əvvəl Tokayev bildirib ki, Qazaxıstan Qərbin təsirinə baxmayaraq, ənənəvi dəyərləri gücləndirmək məqsədi daşıyır. O, Qərbin əks təbliğatını dağıdıcı adlandıraraq ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasının zəruriliyini qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə